
ER Xarici işlər nazirinin vəzifəsini müvəqqəti icra edən Ara Ayvazyan bildirib ki, Azərbaycanın Aİİ Hökumətlərarası Şurasının iclasına dəvət edilməsi ilə bağlı heç bir konsensus yoxdur. Bu barədə Ayvazyan Litva Xİ naziri ilə birgə mətbuat konfransı zamanı söyləyib.
“Dediyiniz ölkəni hər hansı statusla belə tədbirə dəvət etmək üçün heç bir konsesus yoxdur”- deyə Ayvazyan qeyd edib.
Bundan əvvəl Rusiyanın “PБK” telekanalı məlumat yayıb ki, Aİİ-yə üzv dövlətlər Azərbaycan nümayəndə heyətinin Hökumətlərarası Şuranın aprelin 29-da keçiriləcək iclasında iştirak imkanlarını nəzərdən keçirib.