BaşlıcaSiyasət

Paşinyan və Putin əsirlərə dair bəndin həyata keçirilməsi mühümlüyünü vurğulamışlar

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin hərbi əsirlərin, girovların və digər əsirlərin mübadiləsi barədə noyabrın 9-da olan  üçtərəfli bəyannamənin həyata keçirilməsinin vacibliyini vurğuladılar.

Bu haqda ER Baş naziri və  RF prezidenti arasıında telefon danışığına dair ER  naziri administrasiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin yaydığı məlumatda bildirilib.

“Aprelin 24-də   Baş nazir Nikol Paşinyanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefon danışığı keçirilib.

Həmsöhbətlər  noyabrıın 9- da  üçtərəfli bəyannamənin bəndlərinin yerinə yetirilməsini müzakirə edərək, hərbi əsirlərin, girovların və digər saxlanılanların mübadiləsinə xüsusi toxunan 8-ci maddənin tam tətbiq olunmasının vacibliyini vurğuladılar.

“Hər iki ölkə liderləri eləcə  təhlükəsizlik, enerji sahəsində əməkdaşlığı, cari proqramlara və regional məsələlərə də toxunmuşlar” – deyərək  məlumatda qeyd olunub.

Daha çox göstər
Back to top button