BaşlıcaErməni SoyqırımıSiyasət

“Qurtuluş naminə ayrılma”: Paşinyanla Makron Artsax barədə danışdı

ER Baş nazir Nikol Paşinyan və Fransa Prezidenti Emanuel Makron aprelin 24-də telefon danışığı apardılar. Məlumatı Baş nazirin mətbuat xidmətindən verilir.

Baş nazir, gələcəkdə bu cür faciələri istisna etmək üçün Erməni Soyqırımının beynəlxalq səviyyədə tanınmasında Fransanın rolunu yüksək qiymətləndirdi.

Fransa Prezidenti özünün və fransız xalqının dəstəyini dilə gətirdi. Qeyd olunub ki, Fransa, çətinlikləri dəf etməkdə erməni xalqının yanında olmağa davam edəcəkdir.

Telefon danışığı zamanı Baş nazir Paşinyan və Prezident MaKron Cənubi Qafqazdakı vəziyyətə toxundular. ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etdilər. Baş nazir məsələnin həllini müstəsna olaraq “qurtuluş naminə ayrılma” prinsipi ilə gördüyünü vurğuladı.

Tərəflər Ermənistan-Fransa münasibətlərinin gündəliyi barədə də fikir mübadiləsi apardılar. Ermənistandakı daxili siyasi inkişaflarla əlaqəli məsələlərə də toxundular.

Daha çox göstər
Back to top button