Stepanakertdə “Azərbaycan – sivilizasiyanın düşməni” adlı sərgi açılıb

Stepanakert Mədəniyyət və Gənclər Sarayının sərgi salonunda Artsax Respublikasının Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi və “Tarixi mühitin qorunması üzrə dövlət xidməti”nin birgə təşəbbüsü ilə “Azərbaycan – sivilizasiyanın düşməni” adlı sərgi açılıb. Sərgi iki həftə açıq olacaq.

“Tarixi mühitin qorunması üzrə dövlət xidməti”nin direktoru Armine Hayrapetyan “Artsakhpress”ə bildirib ki, sərgidə işğal olunmuş Artsax ərazilərindəki 46 abidənin şəkilləri təqdim edilib.

Hayrapetyana görə, göstərilən abidələr müharibədən əvvəl olduğu kimi təqdim edilir.
“İnternetdə yayılan foto, video və digər aydın məlumatlara əsasən müharibədən sonra dağılan tarixi və mədəni abidələrimiz haqqında məlumat topladıq və slaydla nümayiş etdirdik. Azərbaycan erməni zəngin və çoxəsrlik mədəni irsinə son qoymaq üçün mədəni qırğınlarını davam etdirir. Erməni tarixi abidələrinin dağıldılmasına əsaslanaraq, Artsax Respublikası Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi, düşmən tərəfindən həyata keçirilmiş vandalizm barədə məlumat verərək beynəlxalq təşkilatlara müraciət edib, eləcə də sülhməramlı qüvvələrin nümayəndələri ilə əlaqə qurub”- deyə Hayrapetyan vurğulayıb.