
Aprelin 25-də Ermənistan Respublikasının Müdafiə naziri Vağarşak Harutyunyan Kipr Respublikasının Müdafiə naziri Xaralambos Petridesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul eedib.
Kipr Müdafiə naziri, Erməni Soyqırımının 106-cı ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Ermənistana səfər edib.. Bu haqda ER Müdafiə nazirliyi məlumatlandırıb.
Görüş ərzində müdafiə sahəsində ikitərəfli və üçtərəfli Ermənistan-Kipr-Yunanıstan frmatıyla əməkdaşlığı inkişaf etdirməklə əlaqəli məsələlər müzakirə olunub.
Qarşılıqlı işgüzarlığın önəmli istiqaətləri qeyd olunub ki,onlar da özündə müxtəlif hərbi-hərbi-texniki əməkdaşlığın geniş dairəsini əks edir.
Tərəflər, epidemiya səbəbi ilə əməkdaşlıq fəaliyyətlərinin müvəqqəti dayandırılmasından sonra bu ilin ikinci yarısında daha çox əməkdaşlıq proqramının təsdiqlənməsinə və aktiv həyata keçirilməyə başlanacağına ümid etdiklərini bildirdilər.
Həmsöhbətlər regional təhlükəsizliklə bağlı məsələləri də müzakirə etdilər.ER Müdafiə naziri Artsaxda başlanan azğın hərbi əməliyyatların təfərrüatlarını və başa çatdıqdan sonrakı vəziyyəti təqdim etmişdir.
Regional təhlükəsizlik məsələləri ilə bağlı danışıqların yaxın gələcəkdə davam etdirilməsi barədə razılıq əldə edilmişdir.