
Ermənistan Prezidenti Armen Sarkisyan Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Guteresə məktub göndərib.
Məktubda xüsusən yazılıb: “ 2020-ci il hamımız üçün çətin və mübarizələr dolu il oldu. Lakin Ermənistan üçün o sentyabrın 27-də Artsaxa qarşı Azərbaycan tərəfindən azğınlaşmış və Türkiyənin aktiv dəstəyi və iştirakıyla həyata keçirilən müharibə səbəbindən daha ağır il oldu.
Sizin COVID-19 pandemiyası qarşısında qlobal atəşkəs çağırışınıza baxmayaraq, beynəlxalq ictimaiyyətin müharibəni dərhal dayandırmaq çağırışlarına və Dağlıq Qarabağ münaqişəsi zonasında davam edən şiddəti məhkum edən müntəzəm bəyanatlara baxmayaraq, Azərbaycanın hərbi-siyasi rəhbərliyi qəsdən hədəflənmiştərzlə mülki sakinləri və infrastrukturları hədəfləyir və bununla da beynəlxalq İnsan haqlarının bütünnormlarını kobud şəkildə tapdalayıbdır.
Bütün bunlar minlərlə gəncin həyatının itirilməsinə, minlərlə insanın şikəst olmasına, əhalinin didərgin düşməsinə və erməni tarixi və mədəni irsinin darmadağın edilərək məhv edilməsinə səbəb oldu.
Müharibə zamanı və sonrasında erməni hərbiçiləri və mülki şəxslər girov götürülüb,onlar Azərbaycan tərəfindən qeyri-insani rəftara, olmazın işgəncələrə məruz qalır.
2020-ci il noyabrın 9-da atəşkəs haqqında üçtərəfli bəyannaməyə əsasən , Ermənistan Respublikası bütün hərbi əsirləri Azərbaycana təhvil verib.
Lakin bütün hərbi əsirlikdə olan bütün hərbi əsirlər və mülki şəxslərin mübadiləsi “hamını hamıyla” prinsipi ilə həyata keçirilməsi son dərəcə vacibdir və buna Azərbaycan tərəfi məhəl qoymur.
Beynəlxalq İnsan haqları və humanitar hüquqların kobud şəkildə pozulmasıyla hazırda Azərbaycan girov götürdüyü mülki şəxsləri və hərbi əsirlərin qaytarılmasından imtina edir.
Ermənistan bütün əsirlərin dərhal geri qaytarılması üçün beynəlxalq tərəfdaşlardan dəstək gözləyir.
Sizi, Birləşmiş Millətlər Təşkilatını, beynəlxalq insansevərlik hüququnu səsləyirəm ki, bütün mühüm olan vasitələrdən istifadə etməklə hərbi əsirləri azadlığa buraxılması və təhlükəsizliyini təmin etməkçün var qüvvəsindən istifadə etsin”.