Azərbaycan Xarici İşlər Nazirliyi üçün fosfor silahları dinc atomdan daha yaxşıdır
Çernobıl faciəsinin ildönümündən istifadə edən Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq təşkilatları “Metsamor AES-in bağlanması üçün səyləri səfərbər etməyə” çağırdı.
Nazirliyin bəyanatında qeyd olunub ki, “Ermənistandakı Metsamor AES ilə əlaqəli risklər beynəlxalq ictimaiyyət tərəfindən hərtərəfli şəkildə nəzərdən keçirilməlidir. Bu AES 1976-1980-ci illərdə Çernobılda istifadə edilən oxşar texnologiya ilə inşa edilmişdir və aktiv seysmik zonada yerləşir. Köhnəlmiş texnologiya və mövqeyi Metsamoru dünyanın ən təhlükəli nüvə stansiyaları sırasına salır”.
Ancaq, Artsax və Ermənistana qarşı başlatdığı son müharibə dövründə Azərbaycan, fosforlu silahlar da daxil olmaqla, qadağan olunmuş silah növlərindən istifadə etdi və Artsaxın ətraf mühitinə böyük ziyan vurdu. Amma əlbətdə ki, Azərbaycanda belə “xırda-xuruş” şeyləri görmürlər, beynəlxalq ictimaiyyət də buna xüsusi diqqət yetirməyib.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan tərəfinin Metsamor stansiyası ilə bağlı “qorxularını” şişirdiblər ki, bu da beynəlxalq ekspertlər tərəfindən dəfələrlə bildirilib və siyasi xarakter daşıyır.