BaşlıcaErməni SoyqırımıSiyasət

Garo Paylan, Türkiyə Məclisinin prezidentliyinə Erməni Soyqırımını tanıyan qanun layihəsini təqdim edib

HDP-nın erməni əsilli deputatı Garo Paylan, Türkiyənin Böyük Millət Məclisinin prezidentliyinə Erməni Soyqırımını tanıyan qanun layihəsini təqdim edib.

Erməni əsilli deputat soyqırımı törədənlərin adlarının ictimai yerlərdən çıxarılmasını və Türkiyə vətəndaşlığı qanununa dəyişiklik edilməsini təklif edib.

Garo Paylanın təqdim etdiyi qanun layihəsinin əsaslandırılmasında qeyd olunub ki, Türkiyə Böyük Millət Məclisi məsuliyyəti öz üzərinə götürməli və Mets Yeğerni əsl adı ilə adlandırmalıdır.

“Bu böyük cinayət Türkiyə Məclisi tərəfindən tanınmalı və Erməni Soyqırımından zərər çəkmiş insanlar 106 il sonra ədalətə nail olmalıdır”,-layihədə vurğulanır.

Qeyd edək ki, Paylan 24 aprel çıxışında vurğulamışdı ki, Erməni Soyqırımı məsələsində ədalət Türkiyədə olmalıdır, çünki soyqırımı məhz o topraqda baş vermişdir.

Daha çox göstər
Back to top button