
ER parlamentinin sədri Ararat Mirzoyan aprelin 27-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Lordlar Palatasının üzvü Baronessa Kerolayn Koksu qəbul edib.
Xanım Koks Erməni Soyqırımı xatirəsinə hörmət əlaməti olaraq tədbirdə iştirak etmək üçün Ermənistana səfər edib.
Bu haqda parlamentin informasiya saytından məlumatlanırıq.
Ararat Mirzoyan qeyd edib ki, erməni xalqının ən sadiq dostlarından birini parlamentdə görmək qonaq etmək şəxsən özü üçün böyük şərəfdir
Parlament sədri və Baronessa Koks, Erməni Soyqırımının beynəlxalq səviyyədə tanınması, Artsaxda humanitar vəziyyətin yaxşılaşdırılması, hərbi əsirlərin geri qaytarılması və Azərbaycanın qanunsuz olaraq saxladığı digər şəxslər ilə bağlı məsələləri müzakirə etdilər.
Birgə səylərlə beynəlxalq həmkarlarla işlərdə şərtləşmə əldə edilib.
Görüşün sonunda Ararat Mirzoyan Kerolayn Koksa 30 ilə yaxındır ermənilərlə birlikdə olduğuna və bu illər ərzində sədaqətli və ədalətli mübarizəsinə görə təşəkkür bildirdi.
Osmanlı İmperiyası tərəfindən 1915-ci ildə ermənilərə qarşı həyata keçirdiyi soyqırımı, 20-ci əsrin əvvəllərindəki ən böyük cinayətdir.
Dünya erməniləri 2021-ci il aprelin 24-də Erməni Soyqırımının 106-cı ildönümünü qeyd etdilər.