ArtsaxBaşlıcaSiyasət

Co Baydenin 24 aprel bəyanatı erməni xalqa qarşı onun dərin hörmətini göstərir: ABŞ səfiri

Erməni Soyqırımından on illər sonra ABŞ Prezidenti Co Bayden, Osmanlı İmperiyasında 1,5 milyon erməninin qətliamını soyqırımı adlandırdı. Qeyd edək ki, ABŞ-da icra və qanunverici orqanları Erməni Soyqırımını tanıyırlar. ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi “Azatutyun” radiosuna müsahibədə ABŞ prezidenti tərəfindən Erməni Soyqırımının tanınması məsələsinə da toxunub. 

Səfirin sözlərinə görə, ABŞ Prezidenti tərəfindən soyqırımının tanınması erməni xalqa qarşı onun dərin hörmətini göstərir: “Prezident uzun zamandır bu mövzu ilə maraqlanırdı və düşünürəm ki, bu, insan hüquqlarının əhəmiyyətinə onun dərin hörmətini əks etdirir”. 

Treysi, bu qərardan sonra mümkün hüquqi nəticələrin, ABŞ-ın NATO müttəfiqi Türkiyə və ya Ermənistana qarşı siyasətində dəyişiklik olub-olmamasına dair sualına cavab olaraq deyib: “Hüquqi nəticələrə gəldikdə, Erməni Soyqırımı 1915-ci ildə baş verdi. Soyqırım Konvensiyası 1951-ci ildə qəbul edildi. Bizim qavrayışımız budur ki, hüquqi baxımdan Konvensiya geriyə dönük tətbiq edilmir. Bu, hüquqi nəticələr baxımından. ABŞ-ın Türkiyə ilə münasibətlərinə gəlincə, Türkiyə, NATO-da ABŞ-ın önəmli müttəfiqidir. Ancaq Bayden administrasiyası ABŞ və Türkiyə arasındakı fikir ayrılıqlarının həll edilməli olduğunu çox açıq şəkildə bildirdi”.

Səfir, eyni zamanda, qeyd edib ki, Ermənistan-Türkiyə barışığının və bölgədə daha geniş sülhun təşviqində çoxdan maraq var. Bu, Ermənistan, Türkiyə, Azərbaycan və Gürcüstan üçün faydalı olacaqdır: “Bu, çox vacib bir məsələdir. Ancaq eyni zamanda, müharibədən sonra həll edilməli olan bir sıra məsələlər mövcuddur. Bu, Minsk Qrupunun daha böyük bir barışıq probleminin əldə edilməsində çox vacib rol oynaya biləcəyi bir məsələdir”.

Daha çox göstər
Back to top button