BaşlıcaSiyasət

Kanadada türk PUA istehsalçılarına avadanlıq satışını istisna etmək üçün addımlar atılır: Kanadanın ER-dəki səfiri

Aprelin 26-da ER Müdafiə naziri Vağarşak Harutyunyan Kanadanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elson Mari Le Kleri və səfirliyin hərbi attaşesi, polkovnik Kreyg Fouleri qəbul edib.

ER Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüş zamanı regional təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub. Müdafiə naziri, Artsaxa qarşı başlanmış döyüş əməliyyatları və başa çatdıqdan sonrakı vəziyyət barədə ətraflı məlumat verib və bölgədəki yeni təhlükəsizlik təhdidlərini qeyd edib.

Kanada səfiri bildirib ki, Kanada gələcəkdə bu kimi halları istisna etmək üçün PUA istehsal edən türk şirkətlərinə Kanada avadanlıqlarının satışına qoyulan məhdudiyyətləri ciddi şəkildə araşdırır.

Mənbə bildirir ki, tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Daha çox göstər
Back to top button