
Türkiyə parlamentindəki kürdpərəst “Xalqlar demokratiyası” partiyasının (HDP) erməni üzvü Karo Paylan, Türkiyənin müstəqil millət vəkili Ümit Özdağın onu təhdid etdiyi bir mesaja cavab vermişdir
“Xalqımı məhv etmək düşüncə tərzini daşıyan tör-töküntü deyir ki, bunu yenidən edəcəyik (məhv edəcəyik)
Siz atəş açdınız və biz ölmədik?.Öldük. Ancaq onlar, kimlər ki, qalmışdır ədalət uğrunda mübarizəni dayandırmayıblar.Məndən sonra dadayanmayacaqlar” –deyərək Palyan davam edib – Bu ölkənin vicdanlı böyük əksəriyyəti arenanı sizin kimi faşistlərə buraxmayacaqdır…”
Paylanı dəstəkləyən bəzi partiya xadimləri Özdağı məhkum edən bəyanatlarla çıxış edib.
Özdağ, Paylanın Erməni Soyqırımının 106-cı ildönümü münasibətilə Twitter-dəki paylaşımına istinad edərək onu Taliat Paşa kimi soyqırımıyla təhdid etdi.
Milliyyətçi fiqur aşağıdakı yazını qeyd edib:
“Tərbiyəsiz, təxribatçı şəxs.Əgər məmnun deyilsənsə cəhənnəmə get.Taliyat paşa vətəni sevən erməniləri deyil,sənin kimi arxadan zərbə vuranları sürgün edib.Vaxtı gələndə səninlə də eyni əməl baş verəcək və olmalıdır”.
Paylan aprelin 24-də Erməni Soyqırımının 106-cı ildönümü münasibətilə sosial şəbəkələrdə yazıb:
“106 il sonra belə Soyqırımının memarı olan Taliyat paşanın adını daşıyan küçəylə addımlayırıq.Uşaqlarım Taliyat paşa adını daşıyan məktəblərdə təhsil alır.
Əgər bu gün Almaniyada Hitlerin adını daşıyan küçə olardısa və uşaqlar sonuncu adına məktəblərdə təhsil alardısa,onda Almaniya olardı elə necəki indi Türkiyədir”.
Erməni millət vəkili yazısını davam edərək qeyd edib:”Nə qədər ki, 106 il ardıcıllıqla Erməni Soyqırımı inkar edilir, bu məsələ digər parlamentlər digər dövlətlərin müzakirə mövzusu olaraq qalmaqdadır.Erməni xalqının ağrı və acısını Türkiyəyə köçürməliyik”.