
Son üç ildə Ermənistan və ABŞ arasında bir çox vacib tərəfdaşlıq sahələr olub, islahatlar, xüsusən də birlikdə çalışdığımız korrupsiyaya qarşı mübarizə sahəsində irəliləyişlər əldə olunub.
Ermənistanla yeni polis patrul proqramının hazırlanmasına dəstək vermək üzərində çalışırıq. Bu barədə ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi “Azadlıq Radiosu”na müsahibəsində qeyd etdi.
Səfirin sözlərinə görə, bunlar demokratiyanın əsaslandırdığı qurumlardır.
“Hesab edirəm ki, hər hansı bir demokratiya üçün qurumların gücləndirilməsi çox vacibdir.
Ermənistanın postmüharibə dövründə necə irəlilədiyi məni heyran etdi, böyük ümid var ki, Ermənistanda çox güclü demokratiya görməyə davam edəcəyik.
Biz qarşıdakı seçki prosesini yaxından izləyəcəyik. ABŞ Mərkəzi Seçki Komissiyasına bəzi texniki yardım göstərəcək. Ümid edirik ki, Ermənistan 2018-ci ildə seçkiləri zamanı əldə etdiyi yüksək səviyyəni qoruya biləcək”,- deyə səfir bildirdi.