
Aprelin 28-də ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyev ilə telefon danışığı aparıb. Dövlət katibinin sözçüsü Ned Prays bildirib ki, telefon danışığı zamanı ABŞ-Azərbaycan əməkdaşlığı məsələləri müzakirə edilib.
“Dövlət katibi insan hüquqlarına və əsas azadlıqlarına hörmətin vacibliyini vurğulayıb. Dövlət katibi bölgədəki bütün xalqların rifahı naminə Dağlıq Qarabağ münaqişəsinin davamlı siyasi həllinə dair danışıqlar aparmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin davamlı səylərinin əhəmiyyətini qeyd edib” – deyə Prays bildirib.