
ER Baş Naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan bəyan edib ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı fəaliyyətini effektiv qiymətləndirir.
“Rusiya və Prezident Vladimir Putinin Dağlıq Qarabağdakı müharibənin bitməsində oynadığı rolu xüsusilə qeyd etmək istəyirəm. Vurğulamaq istəyirəm ki, Rusiya sülhməramlıların DQ-dakı fəaliyyətini effektiv qiymətləndirirəm”- deyə RF Baş naziri Mişustin ilə görüş zamanı Nikol Paşinyan qeyd edib.
O xatırladıb ki, Rusiya, Ermənistan və Azərbaycan Baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli komissiyanın işi davam edir.
“Lakin qeyd etmək istərdim ki, bu günə qədər təəssüf ki, Azərbaycan 9 noyabr tarixli üçtərəfli bəyanatın ən vacib müddəasını – hərbi əsirlərin qaytarılmasını yerinə yetirməyib “- deyə Nikol Paşinyan söyləyib.
Nikol Paşinyan Rusiyaya bu məsələnin həlli üçün göstərilən səylərə görə təşəkkür edib.