BaşlıcaSiyasətTəhlil

Bayden tərəfindən Soyqırımın tanınması Türkiyə və Azərbaycan üçün “dəli köynəyi” kimidir: Tatevik Hayrapetyan

ABŞ prezidenti Co Bayden tərəfindən Erməni Soyqırımının tanınması Ermənistan üçün çə vəd edir? Mövzu ilə bağlı ER parlamentinin “Mənim addım” fraksiyasının deputatı Tatevik Hayrapetyan Civic.am ilə danışıb.

Hayrapetyan qeyd edib ki, bu siyasi baxımdan Ermənistan üçün çox vacibdir, hüquqi baxımdan isə hələ Tramp administrasiyası illərində ABŞ Nümayəndələr Palatası və Senat Soyqırımla bağlı qətnamələr qəbul etmişdir.

“Düşünürəm ki, hüquq baxımından gələcək addımları olacaqdır, amma siyasi baxımdan bu vacib nailiyyətdir və diplomatiyamız üçün soyqırımın beynəlxalq tanınması mübarizəsində əhəmiyyətli oyun kartıdır”,-deputat dedi.

Hayrapetyanın sözlərinə görə, Bayden tərəfindən Soyqırımın tanınması Türkiyə və Azərbaycan üçün “dəli köynəyi” kimidir.

Türkiyə ilə münasibətlərə gəlincə, deputat qeyd edib ki, sülhun bərpası və münasibətlərin qurması birtərəfli olmur.

“Biz dəfələrlə qeyd etmişik ki, münasibətlərin normallaşmasının, qurulmasının və şərtlər olmadan sərhədlərin açılmasının tərəfdarıyıq, amma keçmişdə olduğu kimi bu cəhdlər Türkiyə üzündən uğursuz olub. Bunu nəzərdə tutmalıyıq”,-deyə Hayrapetyan əlavə etdi ki. reallıq odur ki, Türkiyə bizə qarşı düşmən siyasəti aparır və ciddi təhlükəsizlik problemləri var.

Deputat deyib ki, Ermənistan Azərbaycanla əlaqələrdə, Artsaxla bağlı danışıqlarda, Türkiyə ilə dialoqda heç vaxt qeyri-konstruktiv olmayıb, amma qarşı tərəf çıxılmaz vəziyyətə gətirib çıxarırdı. Bunun üçün də qırmızı xətlər olmalıdır.

Hayrapetyanın fikrincə, Bayden tərəfindən soyqırımın tanınması Ermənistana qarşı türkiyənin siyasətinə təsir göstərə bilər.

Daha çox göstər
Back to top button