ArtsaxBaşlıcaSiyasət

ER Prezidenti erməni əsirləri ilə bağlı Avropa Şurası və ATƏT-in Baş katiblərinə məktublar göndərdi

Ermənistan Respublikasının Prezidenti Armen Sargsyan Avropa Şurasının Baş Katibi Maria Buriçə və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Baş katibi Helga Maria Şmidə məktublar gönddi. Respublika Prezidenti qeyd etdi ki, Ermənistanın Azərbaycanda saxlanılan bütün hərbi əsirlərin və mülki şəxslərin dərhal qaytarılması məsələsində beynəlxalq tərəfdaşlardan kömək gözləyir.

Prezident Aemen Sargsyan vurğuladı ki,  2020-ci il Ermənistan üçün təkcə COVİD-19 səbəbi ilə deyil, eyni zamanda sentyabrın 27-də Azərbaycanın Artsaxa qarşı başlatdığı müharibə səbəbiyl çətin bir il idi. 

“Beynəlxalq ictimaiyyətin müharibəni dərhal dayandırmasına dair çoxlu çağırışlara baxmayaraq, Azərbaycanın hərbi-siyasi rəhbərliyi insan haqlarını və beynəlxalq humanitar qanunları kobud şəkildə pozaraq qəsdən dinc insanları və infrastrukturu hədəf aldılar. 

Müharibə zamanı və müharibədən sonra erməni hərbçilər və mülki şəxslər əsir götürüldü, Azərbaycan tərəfindən işgəncələrə və qeyri-insani rəftara məruz qaldı”,- deyə Armen Sargsyan yazdı.

Ermənistan Prezidenti bütün hərbi əsirlərin və mülki şəxslərin mübadiləsinin “hamı hamıya qarşı” prinsipindən istifadə edilməklə həyata keçirilməsini son dərəcə vacib olduğunu vurğuladı. Azərbaycan bu prinsipi  məhəl qoymur. 

Ermənistan Prezidenti Avropa Şurasının baş katibinə, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının baş katibinə müraciət edərək, beynəlxalq humanitar hüquqlarına uyğun olaraq hərbi əsirlərin, mülki şəxslərin dərhal sərbəst buraxılması və təhlükəsiz qayıtması üçün lazımi bütün tədbirləri görməyə çağırıb

Daha çox göstər
Back to top button