
ABŞ prezidenti Co Bayden tərəfindən soyqırımın tanınması regionda ABŞ siyasətinin dəyişdirə bilər mi? Ermənistan geosiyasi maraqların kəsişməsində nə etməlidir?
Bu mövzular və regiondakı mümkün inkişaflar ilə bağlı təhliləri təqdim edirik.
Politoloq Beniamin Poğosyan Cənubi Qafqazda ABŞ siyasətinin dəyişməsinə inanmır və əmindir ki, ABŞ-da bir şəxs nə qədər də istəsə, xarici siyasətin hazırlanmasına ciddi təsir edə bilməz, çünki ABŞ daha institusyonal dövlətdir.
Politoloq hesab edir ki, Cənubi Qafqazda ABŞ siyasətinin bir neçə əsas istiqaməti var. ABŞ Gürcüstana təsirini saxlayacaqdır və İrana Cənubi Qafqazda yaranmış vəziyyətdən faydalanmağa fürsət verməyəcəkdir. ABŞ Azərbaycan qazının Rusiyadan yan keçərək Avropa bazarına çatdıran Cənub Qaz Dəhlizini dəstəkləməyə davam edəcəkdir.
Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzinin rəhbəri Stepan Qrigoryan isə hesab edir ki, soyqırımı ifadəsindən istifadə etməsi ən azı 30 il sürən prosesin nəticəsidir. Onun fikrincə, ABŞ bu addımla göstərib ki, ermənilərə qarşı ikinci soyqırıma icazə verməyəcəkdir. O həmçinin qeyd edib ki, Baydenin bəyanatı Ermənistan üçün yeni xarici siyasi imkanlar yaradır.
Beniamin Poğosyanın sözlərinə əsasən, Azərbaycan Artsax məsələsini Artsaxda bir erməni qalmadığı bir zamanda həll etmiş sayacaqdı və hər şey edəcəkdir ki. Minsk qrupu işləməsin, amma Minsk qrupunun 13 aprel bəyanatı başqa bir şey deyir. Aydın şəkildə qeyd olunub ki, münaqişə hələ həll olunmamışdır
Stepan Qrigoryan erməni əsirlər qaytarılmadan yolların blokadadan çıxarılması məsələsinin müzakirəsini doğruQsaymır.
“Qarabağlı itirmək hesabına nəsə yolların açılmasına razı deyiləm. Düşünürəm ki, Minsk qrupu işlərinin bərpası üçün əlindən gələni etməliyik. Rusiya da anladığım qədəriylə buna qarşı deyil”.
Politoloq ticarət və iqtisadi əlaqələrin qurulmasının Azərbaycanın bütövlüyünün tanınmasını nəzərdə tutmadığını düşünür. O, Ukrayna-Rusiya, Hindistan-Pakistan nümunələrini gətirərək, dövlətlərin həll olunmamış münaqişələrə sahib olduqlarını, ancaq diplomatik və ya ticarət-iqtisadi əlaqələrindən vaz keçmədikləri qeyd etdi.