BaşlıcaSiyasət

Ermənistanla qardaşlıq münasibətləri Rusiya üçün qiymətlidir: RF Baş naziri

RF Baş naziri Mixail Mişustin Rusiya Prezidenti Vladimir Putinin salamlarını ER Baş Naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyana çatdıraraq qeyd edib ki, Rusiya Ermənistanla uzun illər müttəfiq və strateji xarakter daşıyan qardaşlıq münasibətlərini yüksək qiymətləndirir. Bu barədə “RİA Novosti” məluamt yayıb.

“İlk növbədə, Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin isti salamlarını və ən xoş arzularını çatdırmaq istərdim”- deyə Rusiya Baş naziri Mişustin Nikol Paşinyanla görüş zamanı söyləyib.

O qeyd edib ki, Rusiya üçün Ermənistanla qardaşlıq münasibətləri vacibdir.

Rusiya Baş naziri qeyd edib ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar bitdikdən sonra Rusiya, Ermənistan və Azərbaycan liderlərinin qəbul etdikləri bəyanat birgə iş üçün geniş imkanlar yaradır.

“İlk növbədə, bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması və yeni infrastruktur marşrutlarının yaradılmasıdır. Bütün bunlar Zaqafqaziya bölgəsinin davamlı inkişafı üçün şərait yaradacaq”- deyə Mişustin qeyd edib.

Daha çox göstər
Back to top button