Tacikistanın paytaxtı Düşənbədə keçirilən KTMT Təhlükəsizlik Şurası Katibləri Komitəsinin iclası çərçivəsində, Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşyeviçlə görüşüb.
Ermənistan Respublikası Təhlükəsizlik Şurasının idarəsindən jurnalistə bildirilib ki, tərəflər Ermənistanla Rusiyanın rəhbərləri arasında intensiv təmasları vurğulayıblar.
Hər iki tərəf Ermənistanın xüsusi xidmət orqanları ilə Rusiya Müdafiə nazirlikləri arasında qarşılıqlı əməkdaşlığın inkişafını müzakirə etmişlər.
“Təhlükəsiz bir mühitin təmin edilməsi kontekstində Armen Qriqoryan, Ermənistan Silahlı Qüvvələrində bu mövzuda iki ölkənin Silahlı qüvvələrinin qarşılıqlı faydalı əməkdaşlığından istifadə edərək, onların strateji müttəfiq münasibətlərindəki xüsusiyyətlərini nəzərə alaraq genişmiqyaslı islahatlara da toxundu.
Öz növbəsində Nikolay Patruşyev, Dağlıq Qarabağda rus sülhməramlılarının fəaliyyətini mühüm hesab edib.
Onun sayyəsində Dağlıq Qarabağda normal həyatı bərpa etmək mümkün olur. O,həm də regional infrastrukturun inkişaf etdirilməsinin vacibliyini də vurğulayıb” – deyərək informasiyada qeyd edilib.
Mənbə bildirir ki, görüş ərzində Ermənistan və Rusiya Təhlükəsizlik Şuraları idarələrinin arasında 2021-2022-ci illərdə əməkdaşlıq planı təsdiqlənib.
Görüşün sonunda tərəflər yaxın gələcəkdə qarşılıqlı səfərlər barədə razılığa gəlmişlər.