Əliyevin bəyanatı KTMT dövlətinin ərazi bütövlüyünə təhdiddir: ER TŞ katibi

Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan Tacikistanın Düşənbə şəhərində KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclasında çıxış edib. Armen Grigoryan çıxışını rəsmi Facebook səhifəsində yayımlayıb.
Cəubi Qafqazdakı vəziyyətə toxunan Grigoryan Türkiyə-Azərbaycan tandeminə, İkinci Qarabağ münaqişəsidə Türkiyənin roluna, Türkiyə dəstəyi ilə münaqişə zonasına gətirilmiş muzdlularlar məsələsinə toxunub.
O qeyd edib ki, əsir götürülmüş erməni hərbçilərin və Azərbaycanda saxlanılan digər şəxslərin qaytarılması Ermənistan üçün çox vacib məsələdir və bu məsələnin qısa müddətdə həll olunması üçün hər çür səy göstərilməlidir.
“Bu məsələnin qısa müddətdə həll edilməsi üçün hər cür səy göstərilməlidir. Bu baxımdan dəstəyinizi və köməyinizi gözləyirəm”- deyə o bildirib.
Rusiyanın rolunu vurğulayan ER TŞ katibi qeyd edib: “Bildiyiniz kimi, Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların dayandırılması və atəşkəsin qurulması Rusiya tərəfinin səyləri nəticəsində mümkün oldu. Rusiya Prezidenti Vladimir Putin bu müddətdə böyük şəxsi səylər göstərdi”.
Grigoryan qeyd edib ki, DQ-da Rusiya sülhmərmalı missiyası uzunmüddətli əsaslarla təmin olunmalıdır, çünki Dağlıq Qarabağda sülhün və erməni əhalisinin təhlükəsizliyinin təminatı budur.
Armen Grigoryan, Azərbaycanda yeni açılmış “park”a toxunaraq qeyd edib ki, “park” yaratmaq fikrinin özü əsl faşizmin təzahürüdür.