BaşlıcaSiyasət

Beynəlxalq strukturlar nəyi sübut etməlidir? Tatoyan təhlükəsizlik zonasından danışıb

Syunikdə təhlükəsizlik zonasının yaradılması sərhəd yaşayış məntəqələrində yaşayan insanların yaşamaq və sağlamlıq hüquqlarının bərpasına imkan yaratmaqla yanaşı, otlaqlardan istifadə etmək və torpaqları əkmək hüquqlarını da bərpa edəcəkdir. Bunu ER İnsan Hüquqları Müdafiəçisi Arman Tatoyan Parlamentdə jurnalistlərlə brifinq zamanı qeyd edib.

“Bu, həm də sakinlərimizin normal həyatını təmin etmək üçün Azərbaycan hərbçilərinin, silahlı adamlarının, Azərbaycan bayraqlarının və işarələrinin həmin yerdən götürülməsini nəzərdə tutur. İnsanlar bazən axşam saatlarında Azərbaycan hərbçilərinin yerləşdiyi ərazilərdə gəzməkdən çəkinirlər”- deyə Tatoyan qeyd edib.

Onun sözlərinə görə, bütün bunları beynəlxalq qurumlara faktlarla təqdim edərək təhlükəsizlik zonası yaratmağı təklif edib. Tatoyan əlavə edib ki, indi bununla bağlı beynəlxalq strukturlara təqdim ediləcək daha təfərrüatlı analiz hazırlayırlar.

Tatoyan vurğualyıb ki, beynəlxalq strukturlar insan hüquqlarının təhlükəsizliyin təməli olduğunu sübut etməlidir.

“Bizim əsas vəzifəmiz düşmənin indi Osmanlı İmperiyasındakı kimi siyasət yürütdüyünü göstərmək olmalıdır”- deyə Tatoyan söyləyib.

Daha çox göstər
Back to top button