ABŞ prezidentinin işlətdiyi “soyqırımı” ifadəsinin bu gün Ermənistanın beynəlxalq aləmdə hüquqi ədaləti bərpa etəmsində nə dərəcədə kömək edəcəyi Ermənistandan asılıdır. Bu barədə Ermənistanın AİHM-dəki nümayəndəsi Eğişe Kirakosyan bildirdi.
“Mən bu bəyanatı yalnız siyasi deyil, həm də fikir yaratma baxımından əhəmiyyətli hesab edirəm, çünki ABŞ prezidenti tərəfindən belə qiyət verilməsi böyük əhəmiyyətə malikdir, bunun isə müxtəlif ictimai və siyasi fikirlərin formalaşmasına böyük təsiri var”,- deyə Kirakosyan vurğuladı.
Kirakosyanın fikrincə Co Baydenin bəyanatı Erməni Soyqırımının beynəlxalq tanınmasının prosesinə yeni bir səviyyə təmin edə bilər.
“Hesab edirəm ki, yeni bir səviyyəyə gətiərək, yeni bir fəaliyyət sahəsi açılır. ə bu hərəkətlər həm Ermənistan, həm də diaspora tərəfindən həyata keçirilməlidir”,- deyə Ermənistanın AİHM-dəki nümayəndəsi bildirdi.
Onun sözlərinə görə, ABŞ prezidentinin bəyanatından sonra baş verən siyasi proseslərlə inkarın siyasətinə tamamilə son qoyulacaq.
“Bu bəyanatının maksimal kapitallaşdırmaq üçün görəcəyimiz çox işlər var”,- deyə o qeyd etdi.