Başlıcaİctimaiyyət

Ermənistanda yeni rejim – Peyvəndlənən insanlar koronavirus testindən keçməyəcəklər

Ermənistanda koronavirus əleyhinə peyvəndlənən vətəndaşların artıq Ermənistandan getmək və ya gəlmək üçün COVİD-19 testindən keçməsinə ehtiyac qalmayacaq. Bunu Səhiyyə naziri vəzifəsini icra edən Anahit Avanesyan jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, gələn həftə karantin qərarında dəyişiklik olacaq.

“Peyvəndləmə məhdudiyyətlərdən qurtulmaq və normal həyata qayıtmaq üçün vacib bir addımdır” Avanesyan qeyd etdi.

Xatırladaq ki, hazırda 18 yaşdan yuxarı bütün vətəndaşlar poliklinikasına müraciət edərək koronavirusa qarşı peyvəndlənə bilərlər.

Daha çox göstər
Back to top button