ArtsaxBaşlıcaSiyasət

“Koltso” əməliyyatının 30-cu ildönümü münasibətilə Artsax Respublikası XIN-in bəyanatı

Artsax Respublikasının Xarici İşlər Nazirliyi, “Koltso” əməliyyatının 30 illiyi münasibətilə bəyanat yayıb:

“30 il əvvəl, 1991-ci il aprelin 30-da Azərbaycan hakimiyyəti “Koltso”(Haqla) əməliyyatını təşəbbüs etdi və bu həqiqətən xalqları tarixi torpaqlarından didərgin salmağın ən qanlı və qeyri-insani əməliyyatlarından biri hesab edilə bilər.

İlk dəfə mülki əhaliyə qarşı tanklar, hərbi helikopterlər və toplardan istifadə olunduğu əməliyyat zamanı Şimali Artsaxdakı, eləcə də Şahumyan, Hadrut və Şuşi bölgələrinin yüzlərlə erməni kəndi boşaldıldı, on minlərlə insan didərgin saldı, yüzlərlə adam öldürüldü və əsir götürüldü. Onların bir çoxunun taleyi bu günə qədər məlum deyil.

“Koltso” əməliyyatı Azərbaycanın soyqırım siyasətinin növbəti təzahürü oldu və 1988-1991-ci illərdə Sumqayıt, Bakı, Kirovabad və Azərbaycanın ermənilərin sıx yaşadığı digər şəhər və bölgələrində, habelə DQMV-da və Şimali Artsaxın yaşayış məntəqələrində erməni qırğınları və etnik təmizləmə zəncirinin davamı oldu.

O, Azərbaycan-Qarabağ münaqişəsini hərbi səviyyəyə qaldırdı, daha sonra Azərbaycanın Artsax Respublikasına qarşı genişmiqyaslı təcavüzünə səbəb oldu ki, bu gün də davam edir.

“Koltso” əməliyyatı, 2016-cı ildə Aprel müharibəsi  və 2020-ci ildə Türkiyənin və müxtəlif terror qruplaşmalarından muzdluların dəstəyi  ilə Artsaxa qarşı Azərbaycanın başlatdığı 44 günlük müharibə zamanı Azərbaycan silahlı qüvvələri tərəfindən törədilən hərbi cinayətlər, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması sübut edir ki, laqeydlik və insanlığa qarşı cinayətlərin cəzasızlığı onların təkrarlanmasına səbəb olur”.

Daha çox göstər
Back to top button