
ER Prezidenti Armen Sarkisyan Ara Ayvazyanın Ermənistan Respublikası Xarici işlər naziri vəzifəsinin icraedicisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Bu haqda ER Prezident aparatının İctimaiyyətlə əlaqələr və k informasiya vasitələri idarəsi məlumatlandırıb.
Xatırladaq ki, mayın 27-də Xarici işlər naziri vəzifəsindən istefa edən Ara Ayvazyan qərarının səbəblərini bu gün nazirlik işçiləri ilə keçirdiyi vida görüşündə təqdim edərək qeyd edib:
“Mənim istefa qərarım məhz bu səbəblə şərtlənib: beləliklə nazirliyin dövlətçiliyimizə, milli dövlət maraqlarımıza zidd hər hansı bir hərəkət və ya hər hansı bir fikir və ya təşəbbüs göstərə biləcəyinə dair şübhələr əsla olmasın”.