ArtsaxBaşlıcaSiyasət

Artsax Parlamentinin sədri Şahidovun “Stepanakert Azərbaycana keçəcək” yazısına cavab verib

Artsax Azərbaycan daxilində şaquli şəkildə  tabeliyi altında ola bilməz. Artsax Respublikası Parlamentinin sədri Artur Tovmasyan bunu Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovun Twitter-dəki yazısına cavab olaraq bildirib.

Xatırladaq ki, Şahidov öz yazısında qeyd edib ki, guya 2020-ci il noyabrın 9-da imzalanmış bəyanatın bəndlərindən birinə görə, Stepanakert iyun ayında Azərbaycanın nəzarətinə keçəcək. O vurğulayıb: “İnanmırsınızsa, Nikol Paşinyandan soruşun”.

“Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovun “Twitter” mikrobloqundakı yazısı Azərbaycan hakimiyyətinin növbəti təxribat siyasətinin davamıdır.

9 Noyabr 2020-ci il tarixli uğursuz bəyanatda Stepanakertin Azərbaycan ordusunun nəzarəti altına keçməsi ilə bağlı məqam yox idi. Bu gün Artsax xalqının təhlükəsizliyinin qarantı Rusiya sülhməramlı qüvvələri və Artsax ordusudur”- deyə Tovmasyan qeyd edib.

O əminliklə  bildirib ki, Qarabağ, ATƏT-in Minsk Qrupunun himayəsi altında, keçmiş DQMV-in sərhədləri daxilində tam azadlığa nail olacaq. “ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin liderləri  də anlayır ki, Artsax xalqı üçün təhlükəsizlik zəmanəti ilə yanaşı  Artsaxın statusu məsələsi də aktualdır”- deyə Tovmasyan qeyd edib.

O qeyd edib: “Təhlükəsizlik  və ya  müəyyən status: Onlardan biri olmadıqda Artsax ermənilərdən boşaldılacaq.

“Biz sivil dünyanın bir parçası olduğumuza ümidlə dolayıq və müstəqil dövlət olaraq yalnız bölgə ölkələri ilə deyil, bütün sülhsevər ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq müqavilələri imzalamağa hazırıq”- deyə Artsax Parlamentinin sədri qeyd edib.

Artur Tovmasyan xatırladıb ki, sülh danışıqları prosesin alternativi müharibədir və qeyd edib ki, layiqli sülh gündəmi təqdim edirlər.

Daha çox göstər
Back to top button