
Bu günə qədər Turanın yenidən qurulmasının qarşısında duran iki əsas maneə Cənubi Qafqazda, xüsusən də Ermənistanda Rusiya ordusunun mövcudluğu və Türkiyə, Naxicevan və Azərbaycan arasında quru əlaqəsinin olmamasıdır. Beləliklə, Türkiyənin Rusiya qoşunlarını bölgədən çıxarmaq və Syuniki ələ keçirməklə Azərbaycanla Naxçıvan arasında quru əlaqəsi yaratmaq istəyi ortaya çıxıb.
Sözdə “Böyük Turan”ın yaradılması Rusiya, Çin və İranı narahat etməlidir.
Bununla bağlı bu ilin fevral ayında Türkiyənin “TRT 1” dövlət televiziya kanalı 2050-ci ilə qədər Türkiyə maraqları gösətərn xaritə təqdim edib.
Türkiyənin bölgədəki hərbi varlığını gücləndirmək üçün Azərbaycanda 3 yeni hərbi baza qurmasına baxmayaraq, Ərdoğan dərk edir ki, bu bölgədəki Rusiya ordusuna qarşı tarazlıq kimi baxması üçün yetərli deyil.
Beləliklə, Türkiyə Azərbaycanda Rusiyaya qarşı əhval-ruhiyyəni oyadaraq onu keçən il 9 noyabr tarixli üçtərəfli razılaşmada dəyişiklik tələb edilməsinə, xüsusən də Türkiyə sülhməramlılarının missiyaya cəlb olunmasına nail olmaq və bununla da Rusiyanın rolunu azaltmağa çalşır, Rusiya sülhməramlılarının müddəti bitdikdən sonra isə Rusiyanı danışıqlar prosesindən və, nəticədə, Dağlıq Qarabağdan tamamilə kənarlaşdırmaq istəyir.
Bu məqsədlə aprelin 28-də Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyaları keçirildi. Etirazçılar Rusiya qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb etdilər: xüsusən də Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin Türkiyə ilə dəyişdirilməsini zəruri hesab etdilər.
Məlum olur ki, Türkiyə Rusiya ilə “ikiqat oyun” oynayır və hədəflərinə çatmaq üçün “kiçik qardaşı” Azərbaycandan istifadə edir.