
Mayın 4-də ER Parlamentinin iclasında Parlamentin sədri Ararat Mirzoyan azərbaycanlılar tərəfindən Şuşidəki Qazançetsots kilsəsinin günbəzinin sökülməsinə toxunaraq barbarlıq kimi xarakterizə edib.
“Bu vəhşilik, əsirlikdə olan və ya başqa statusa malik olan ermənilərə münasibət, həftələr əvvəl Bakıda rüsvayedici armenofob parkının açılması növbəti dəfə sübut edir ki, Artsax ermənilərinin Azərbaycan daxilində təhlükəsiz yaşamaları mümkünsüzdür və dünya Artsaxın öz müqəddəratını təyinetmə hüququnu tanımalıdır. Bu, Ermənistan olaraq tutduğumuz mövqedir, siyasətimizdir, burada heç bir dəyişiklik yoxdur”- deyə o qeyd edərək əlavə edib ki, bu istiqamətdə beynəlxalq tərəfdaşlarla sıx çalışmaq lazımdır.