
ER Ombudsmanının administrasiyası Azərbaycanın vəhşilikləri barədə sübutlar toplama və araşdırma işlərini davam edir. Bunu Facebook-da ER Ombudsmanı Arman Tatoyan yazıb və qeyd edib ki, erməni hərbçilər və mülki şəxslərə qarşı vəhşilikləri, erməni tarixi-mədəni və dini irsinin məhvi və təhqiri əks etdirən 297 video və fotoşəkilin təhlili başa çatıb.
Bu videolar və şəkillərdən 98-də həyatda olan əsirlərin işgəncəsi, 17-də baş kəsmə və qətl faktı, 32-də cəsədlərin təhqiri əsk olunur. 54-də əsirlərin sosyal şəbəkələrdəki səhifəsinə girib başı kəsilmiş hərbçinin fotosunu yayıblar.
49-da Artsaxın mülki yaşayış məntəqələri və meşəlik ərazilərə qarşı qadağan olunmuş silahlardan, o cümlədən kimyəvi elementləri olan kütləvi qırğın silahlarından istifadə olunub.
26-da abidələr və kilsələr də daxil olmaqla erməni tarixi-mədəni və dini irsə qarşı vandalizm və məhv hallarıdır.
12-də sosyal şəbəkələrlə (Telegram, instagram və s.) nifrət, düşmənçilik təşviq edən və erməni əsirlərə qarşı zoraqlıq halları əks etdirən video və fotoların yayılma faktıdır.
9-da müharibədə muzdlu terrorçuların iştirakı göstərilir.
Ombudsman qeyd edib ki, videolar ingilis və rus dilinə tərcümə edildi.
Toplanan video və fotoların araşdırılması göstərir ki, Azərbaycan silahlı qüvvələri tərəfindən hərbi əsirlərə edilən işgəncə və qəddarlı, qeyri-insani rəftar etnik zəmində aparılıb.
Erməni tarixi, mədəni və dini irsi, o cümlədən abidələr və kilsələr də bu prinsiplə məhv edildi.
Vurğulanıb ki, Azərbaycan hakimiyyəti başa düşməlidir ki, qeyd olunan insan hüquqlarının kobudcasına pozulması, müharibə cinayətləri və soyqırım siyasəti üçün cəzasız qalmayacaqdır.
Həmçinin qeyd olunub ki, Azərbaycan hakimiyyəti beynəlxalq humanitar hüququ pozaraq erməni əsirləri geri qaytarmır və onların real sayını gizlədir. Bununla da yalnız əsirlərə deyil, onların ailələrinə də zehni əzab çəkdirirlər.
Ombudsman bildirib ki, bütün bu videolar və şəkillər beynəlxalq qurumlara göndəriləcəkdir.