ArtsaxBaşlıcaSiyasət

DQ məsələsinə dair danışıqların bərpası həmsədrlər üçün prioritet məsələdir: Fransanın ER-dakı səfiri

Fransa və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin davamlı həllinə nail olmaq üçün Minsk qrupu çərçivəsində səyləri davam etdirməyə razılaşıblar. Bu istiqamətdə yaxın gələcəkdə konkret təşəbbüslər olacaq. 

Bunu Fransanın ER-dakı fövqəladə və səlahiyyətli səfiri Conatan Lakot “Armenpress”-in sualına cavab olaraq RF prezidenti Vladimir Putinlə Fransa prezidenti Emanuel Makron arasında telefon danışığına toxunaraq qeyd edib.

“Aprelin 26-da Respublika prezidenti Rusiya Federasiyasının prezidenti Vladimir Putin ilə telefon danışığı aparıb. Qafqazdakı vəziyyətlə əlaqədar olaraq prezident Makron, əsirlər, humanitar yardım və irsin qorunması məsələlərində konkret irəliləyişin edilməsinin vacibliyini vurğulayıb. İki prezident, vəziyyətin davamlı həllinə nail olmaq üçün Minsk qrupu çərçivəsində səyləri davam etdirməyə razılaşıblar. Bu istiqamətdə yaxın gələcəkdə konkret təşəbbüslər olacaq”- deyə Lakot qeyd edib.

Səfir vurğulayıb ki, aprelin 13-də onların bəyanatında qeyd olunduğu kimi, DQ münaqişəsi ilə bağlı danışıqların bərpası həmsədrlər üçün prioritet məsələdir.

Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Conatan Lakot əsirlərin geri qaytarılması məsələsinə dair suala cavab verərək qeyd edib ki, həmsədrlərin son bəyanatında bütün hərbi əsirləri geri qayatarmağa çağırılırdı.

“13 aprel bəyanatında həmsədrlər beynəlxalq humanitar hüquqa uyğun olaraq bütün hərbi əsirləri və saxlanılan şəxsləri sərbəst buraxmağa çağırdılar. Aprelin 24-də isə, dövlət katibi Jan-Batist Lımuan Fransa səfirliyində əsirlərin ailələrini qəbul etdi”- deyə səfir vurğulayıb. 

Fransanın Ermənistandakı Lakot Bakıda açılmış sözdə “Zəfər parkına” toxunaraq yenidən qeyd edib ki, müharibə tamaşa mövzusu deyil, indi prioritet məsələ münaqişəyə həll tapmaqdır. 

Daha çox göstər
Back to top button