
Syünik vilayətinin birinci instansiya məhkəməsində hakim Napalyon Ohanyanın sədrliyi ilə Suriya Ərəb Respublikasının vətəndaşları olan 46 yaşlı Muhrab Muhammad al-Şxerinin və 33 yaşlı Yousef Alabet al-Hacının məhkəməsi başlandı.
Onlar Artsaxa qarşı Azərbaycan tərəfindən azğınlaşmış müharibədə muzdlu terroristlər kimi cinayət işi çərçivəsində ittiham olunur.

Muhrab Muhammad al-Şxerin və Yousef Alabet əl-Hacı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsi ilə ittiham olunur.
Xüsusilə, 389-cu maddəylə (beynəlxalq terrorizm), 34-390-cı maddələr, 1-ci hissənin, 1-ci bəndiylə (beynəlxalq humanitar hüququn ciddi pozulması, silahlı qarşıdurma zamanı qətl),
həmin maddənin 3-cü hissəsinin,1-ci bəndiylə (mülki şəxslərə hücum) və maddə 395-ci maddənin 3-cü hissəsiylə (muzdluların silahlı qarşıdurmada və ya düşmənçilikdə iştirakı).
Dövlət ittihamçıları Gurgen Hakobyan və Arşak Martirosyan olub.
Təqsirləndirilən şəxslərin maraqları ER Hüquqşünaslar palatasının üzvü olan İctimai Vəkil Muşeğ Vardanyan tərəfindən müdafiə olunur
Qeyd edək ki, məhkəmə iclasından öncə, vəkil öz Facebook səhifəsində aşağıdakıları qeyd edib: “Cinayət işi.Onun arasında vətənsevərlik və ixtisassçılıq andının incəlikləri xətti…”

Muşeğ Vardanyan məhkəmə prosesinin dövlət sirri dərc oluna biləcəyindən qapalı qapılar arxasında keçirilməsi üçün vasitəçilik etdi.
Çağırılan iki şahiddən biri Armen Vağunts idi. Suriyalı muzdlular onların kəndi üzərinə hücum etmişdi. 150 nəfərlik dəstənin yarısı qaçdı, 7 nəfər öldürülmüş, 2 nəfər yaralanmış və əsir götürülmüşdür.
Vaqunts deyir: “İstəyirrdilər hücum etsinlər, kəndə soxulmaq istəyirdilər qoymadıq.Hucumu dəf etdik, qırdıq, qaçdılar”.
Armen Vaqunts türk və azərbaycan dilini mənimsəyir və asanlıqla təxmin edib ki, bunlar suriyəli muzdlulardır.O deyir:
“Əvvəlan Allahu Əkbər deyə qışqırərdılar, sonra muzdluların geyimləri fərqli idi. Ərəbcə danışdılar və biz onları salamat qoyduq ki,suriyalı muzdluların bizə qarşı döyüşdüyünü dünyaya sübut edək”.

“Dataleks” informasiya sistemində yayımlanan işlə bağlı məlumatlardan məlumatlanırıq ki, suriyalı muzdlular ayda 2 000 dollar qarşılığında Ermənistan və Artsaxa qarşı planlaşdırılan hərbi əməliyyatlarda iştirak edəcəklər.
Üstəlik, erməninin kəsilmiş başını təqdim edilməsi üçün 100 dollar mükafat vəd edilmişdir.
Ermənilərin başını bədənindən kəsmək üçün muzdlulara xüsusi bıçaqlar verilmişdir.
Muhrab Muhammad al –Şxerin və Yousef Alabed al-Hacı 2020-ci il noyabrın 2-də saat 18: 00 radələrində Ermənistanın Sünik vilayətinin Davit Bek kəndi yaxınlığında, ER Silahlı müqaviməti ilə qarşılaşmışdır, onlar zərərsizləşdirilərək ER hüquq mühafizə orqanlarına təhvil verilmişdir.
İttihamçılar iki müttəhim üçün ömürlük həbs cəzası tələb etdilər. Hakim Napoleon Ohanyan, təklif olunan maddələrlə nəzərdə tutulan cəza vasitələrini də birləşdirərək suriyəli muzdluları ömürlük azadlıqdan məhrum etdi. Müdafiəçi vəkil Muşeğ Poğosyan məhkəmənin hökmünü apellasiya şikayəti verəcək.