
Syunik vilayətində Rusiyanın 102-ci bazasının iki dayaq məntəqəsi yaradılıb.
Bunu ER baş naziri Nikol Paşinyan deyib.
Nikol Paşinyan qeyd etdi ki, müharibədən əvvəl də, müharibdən sonrada ER xarici təhlükəsizlik sistemi dəyişməyib.
“Bu sistem Ermənistan-Rusiya birgə hərbi qüvvəsinə və Qafqaz bölgəsində ortaq hava hücumundan müdafiə sisteminə əsaslanırdı”,- deyə Paşinyan bildirdi.
Paşinyan onu da qeyd etdi ki, həm müharibədən əvvəl, həm də indi Ermənistan Respublikasının bütün sərhədlərinin qorunması Ermənistan-Rusiya ortaq hərbi qüvvəsinin səyləri ilə həyata keçirilir.