Şuşidə baş verənlər mədəni soyqırım, mədəni terrorizm və mədəni nasizmdən başqa bir şey deyil. Bu barədə Artsax Xİ naziri Davit Babayan Şuşidəki Qazançetsots kilsəsininin günbəzinin sökülməsi barədə danışırkən deyib.
“Əslində Azərbaycan hakimiyyəti tarixi yaddaşımıza və qürurumuza zərbə vurmağa çalışır. Ancaq nə qədər ağır və iyrənc olsa da, zərbəyə tab gətirməliyik. Başa düşməliyik ki, indi Qazançetsotsda baş verənlərin taktiki məqsədləri ola bilir. Çünki Azərbaycan, əslində, Qazançetsotsa qarşı hərəkətlərlə, mələkləri və xaçları məhv etməklə müəyyən məqsədlər güdür. Azərbaycanı tanıyaraq, bu ölkəni uzun müddət araşdıraraq, deyə bilərik ki, nasizm, terrorizm və soyqırımı elementlərindən başqa burda taktiki amil də vardır. O bir neçə məqsədi güdərək buna xüsusi diqqət yetirir.
Birincisi, dediyim kimi şəxsiyyətimizə, qürurumuza, yaddaşımıza zərbə vurmaq istəyir. İkincisi, bu yolla diqqətimizi hazırda işğal olunmuş ərazilərdə gördüyü işlərdən yayındırmaqdır, çünki işğal olunmuş ərazilərdə Artsaxın bütün mədəni və tarixi irsi məhv edilir. Qazançetsotsla bağlı qalmaqalla diqqəti digər mənfur hərəkətlərdən, barbarlıqdan və vandalizmdən yayındırmağa çalışırlar.
Bundan əlavə, bu şəkildə diqqəti humanitar məsələlərdən, hərbi əsirlərdən, girov götürülmüş şəxslərdən və digər məsələlərdən yayındırmağa çalışdıqları mümkündür. Orada orqan satdıqlarına dair bəzi narahatlıqlarımız var.
Bəlkə də Azərbaycan onların cinayətlərinin araşdırıla biləcəyini hiss etdi və diqqəti yayındırmaq və Qazançetsotsa yönəltmək istəyir. Bu davranış bir çox cinayətkara xasdır. Təsirin nə olacağını başa düşərək buna can atırlar. Beynəlxalq hüquqa, beynəlxalq cəmiyyətə istehza edirlər və problemlərini “həll edirlər”.
Bütün qələbə və məğlubiyyətlərimizin özümüzdən asılı olduğunu anlamalıyıq.
Onlara xatırlatmaq istəyirəm ki, Tanrının evini dağıdan heç vaxt cəzasız qalmayacaq. Ancaq bu başqa bir hekayədir”,-Davit Babayan qeyd etdi.