Avropa Parlamentinin 120-dən çox deputatı Azərbaycandan bütün əsirlərin Ermənistana qaytarılmasını tələb edir

Avropa Parlamentinin 120-dən çox deputatı Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Şarl Mişelə müraciət edərək Azərbaycandan bütün erməni hərbi əsirləri Ermənistana qaytarmasını tələb etməyə çağırdılar.
Təşəbbüsün müəllifləri Avropa Parlamentinin üzvü, Ermənistan üzrə Baş Məruzəçi Andrey Kovaçyev, AP üzvüləri Lukas Furlas və Fransua Belamidir.
AP deputatları məktubda Ermənistanın 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatının ruhuna sadiq qalaraq bütün hərbi əsirləri azad etdiyini xatırlatdılar.
“Azərbaycan nəinki erməni əsirlərini saxlamağa davam edir, həm də şübhələr var ki, rəsmi olaraq hərbi əməliyyatların dayandırılmasından sonra mülki şəxslər daxil olmaqla yeni şəxsləri əsir götürdü. Çox sayda insan itkin düşdüyündən və Azərbaycan tərəfinin düzgün əməkdaşlıq etmədiyindən, əsir düşənlərin sayını açıq şəkildə söyləmək çətindir, ancaq söhbət Azərbaycan tərəfindən qəbul edilən 72 nəfərdən gedir”.
Deputatlar bildirdilər ki, Azərbaycan tərəfində saxlanılan ermənilər heç bir şərt qoyulmadan sərbəst buraxılmalıdırlar.
Onlar əsir götürülən hərbçilərə və mülki şəxslərə qarşı işgəncə və zorakılıq faktlarına, azərbaycanlılar tərəfindən internetdə yayımlanan videolara da toxundu.