ArtsaxBaşlıcaSiyasət

ER Ombudsmanı ATƏT-in fəaliyyətdə olan sədri və MQ həmsədrlərinə məktublar göndərib

ER İnsan Hüquqları Müdafiəçisi Arman Tatoyan, ATƏT-in fəaliyyətdə olan sədrinə və ATƏT-in Minsk Qrupu həmsədrlərinə Azərbaycan prezidentinin son çıxışların ermənilərə qarşı nifrət və düşmənçilik siyasəti sübut edən hissələri ilə rəsmi məktublar göndərib. Bu barədə Tatoyan “Facebook” səhifəsində bildirib.

“Həmin çıxışlarda Azərbaycan prezidenti güc və təhdid dilində danışır, bütün erməni xalqının, Ermənistanın və Artsaxın bütün əhalisinin ləyaqətini alçaldan sözlərdən istifadə edir. Bunlar erməni cəmiyyətində gərginlik yaradırlar, çıxışlarda Azərbaycan xalqının üstünlükləri vurğulanır”- deyə Tatoyan yazıb.

Qeyd etmək lazımdır ki, ER İnsan Hüquqları Müdafiəçisi tərəfindən başladılan bu proses yenidir və davamlı olacaqdır.

Tatoyan bildirib ki, bundan sonra Azərbaycan prezidentinin çıxışları və mesajları xüsusi monitorinqə məruz qalacaq. İnsan Hüquqları Müdafiəçisinə görə, bütün bunların məqsədi Azərbaycan hakimiyyətinin soyqırım siyasətini göstərməkdir.

Daha çox göstər
Back to top button