BaşlıcaSiyasət

ER parlamentinin rus deputatı nə təklif edir?: “Erməni-rus qalxanı xarici təhlükəyə qarşı”

Rusiya ilə münasibətlərin möhkəmlənməsi Ermənistana xarici təhdidlərə qarşı etibarlı qalxan yaratmağa  icazə verəcək.

Bu haqda Ermənistan parlamentində rus icmasının  deputatı Aleksey Sandikov çıxışında qeyd edib.

May  bayramları astanasında millət vəkili parlament kürsüsündən rus dilində  danışdı, Ermənistan-Rusiya münasibətlərinə və Ermənistanın təhlükəsizliyinin təmin edilməsindəki roluna tarixi bir nəzər yetirdi.

“Bu ambiondan rus dilində çıxış edərək qeyd etmək istərdim ki, Ermənistandakı bir çox erməninin ana dili olmasa da, bu dil əsas ünsiyyət dili olaraq qalmaqda davam edir.

Söz Bakıda, tarixi Gandzakda və Azərbaycanın nəzarəti altındakı digər bölgələrdə, otuz ildən çox faciəli vəziyyətlərdə – fiziki məhv olma təhlükəsi üzündən evlərini tərk etmək məcburiyyətində qalan vətəndaşlarımızdan gedir. Bunu unutmamaq  vacibdir” – deyərək  Sandikov bəyan edib.

Millət vəkilinin sözlərinə görə, bu gün Ermənistanın Şərq və Qərb sərhədlərindən milli təhlükəsizlik təhdidi qorunduğu üçün Türkiyə və Azərbaycan sərhədində Ermənistan və Rusiya dövlət bayraqlarını dalğalandırması aktualdır.

Keçən payızdakı dərslərdən sonra  haçan ki, erməni hərbi qulluqçular  DQ-da beynəlxalq  hərbi koalisiyaya qarşı döyüşürdü anlamaq lazımdır ki, Rusiya ilə hərbi-siyasi münasibətlərin ortaq formatı  gərək müdafiə birliyinə  çevrilsin və  o da   etibarlı qalxana çevrilə bilər, mühüm olan  amildə isə eləcə də  xarici təhdidlər qarşısında kəskin qılınnca çevrilər.

Sandikov Baş nazir vəzifəsinin icraedicisi Nikol Paşinyanın  müsahibələrindən birini xatırladıb.Orada o, deyib ki, Avropa sivilizasiyası  Əliyevlər  diktator dövlətləri tərəfindən  Ermənistanın yüzilliklər boyü əsarətindən sonra  buraya məhz Rusiya vasitəsiylə gəlmişdir.

“Ermənistanda bu daima xatırlanır və qiymətləndirilir. Moskvanın 1915-ci ildə türk cəlladlarının hərəkətlərini soyqırım adlandıran dünyanın ilk paytaxtlarından biri olduğunu xatırlayırlar.

 Sovet rəhbərliyi Yerevanda Erməni Soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Tsitsernakaberd abidəsini tikməyə qərar  vermişdir”- deyərək o, qeyd edib.

Rus icmasının nümayəndəsi may ayının  erməni xalqının tarixində zəfərli bir ay olduğunu xatırlatdı. Avarayr müharibəsində, Sardarapat, Berlin və Artsax müharibələrində qeydə alınan hərbi şücaətə heç bir şey kölgə salma bilməz.

Postsovet məkanındakı bəzi ölkələr tarixi yenidən yazmaq və Böyük Vətən müharibəsi qurbanlarının abidələrini dağıtmaq istəyəndə, Ermənistan Stalinqraddan əl çəkməyən və Almanyönümlü Türkiyənin Zaqafqaziyaya zərbə vurmaq planlarını məğlubiyyətə uğradan qəhrəmanları xatırlayır və onlara təşəkkür edir.

Daha çox göstər
Back to top button