Başlıcaİctimaiyyət

Heykəl məhbusu Bayram Məmmədovun cəsədi Türkiyədə dənizdən tapıldı

Heydər Əliyevin Bakıdakı heykəlinin üzərinə yazı yazmasına görə həbs edilən, siyasi fəal Bayram Məmmədovun Turkiyədə vəfat etməsi barədə bu gün səhər xəbərlər yayılıb.

Hazırda Türkiyədə Bayram Məmmədovun ölümü ilə bağlı polislə əlaqə saxlayan Elgiz Qəhrəman Turan agentliyinə polsin araşdırma apardığını bildirib. 

“Bayramla bağlı iki gün idi xəbər ala bilmirdik. Dünən, mayın 4-də polis mənə bildirdi ki, iki gün əvvəl onun dənizdən cəsədi çıxarılıb. Polisdə ölümün səbəbləri ilə bağlı hələ dəqiq məlumat yoxdur. Hazırda polis ölümün intihar, qəza və qəsd olduğu ilə bağlı araşdıma aparır. Mənə cəsədin fotosunu göstərdilər, onunla kimliyini müəyyən etdik. Bu gün morqa gedib, baxacam, sonra daha dəqiq biləcəm. Amma, fotoda hər şey aydındır. O Bayramdır, bu barədə  şübhəm yoxdur,” Bayram Məmmədovun Türkiyədə yaşayan dostu Elgiz Qəhrəman Turana bildirib.

Qeyd edək ki, Bayram Məmmədov və Qiyas İbrahimov 9 may 2016-cı ildə, sabiq prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” və “Fuck the system” şüarları yazıldıqdan sonra həbs edilib.

Hər iki gənc fəal həmin il, oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

2019-cu il martın 16-da verilən əfv sərəncamı ilə azadlığa buraxılıblar.

Daha çox göstər
Back to top button