Başlıcaİctimaiyyət

İctimai yerlərdə COVID-19 peyvənd mərkəzləri tezliklə istifadəyə veriləcəkdir

COVID-19 peyvəndlərinin sakinlər üçün daha əlçatan olması üçün yaxın vaxtlarda Ermənistanda ictimai yerlərdə kiçik mərkəzlər istifadəyə veriləcəkdir.

Bu barədə Amerikalı erməni cərrah, xalq sağlamlığı mütəxəssisi Şant Şxrtumyan jurnalistlərə deyib.

O qeyd edib ki, ABŞ-da belə təcrübə vardır və Ermənistanda da müzakirə olunur, artıq bu istiqamətdə əməli addımlar atılır.

“İstərsə meydanda, böyük bir ticarət mərkəzində, istərsə də küçədə tezliklə tibb mərkəzləri açılacaqdır. Onlar sakinlərin peyvəndlərinin problemsiz alınmasına kömək edəcəklər. Peyvəndlərlə əlaqəli poliklinikalarda edilən bütün lazımi prosedurlar tibb mərkəzlərində də ediləcəkdir”,-o qeyd etdi.

Qeyd edək ki, Ermənistanda “Sputnik V”, “Astra Zeneka” və “Koronavak” peyvəndləri vardır.

Daha çox göstər
Back to top button