
Politoloq Vigen Hakobyan bildirib ki, Lavrovun səfəri adi səfər kimi qiymətləndirilməməlidir.
Onun sözlərinə görə, Moskva noyabrın 9-da imzalanmış bəyanatdakı bəndlərin həyata keçirilməsində yavaşlama görür, üstəlik, elə bir vəziyyət yaratmaq mümkündür ki, proses nəinki yavaşlayacaq, əksinə dayandırılacaq.
“Bir sıra fikir ayrılıqları yarana bilər. Lavrovun bölgəyə səfərinin bir məqsədi var – Ermənistan və Azərbaycanın qırmızı xəttlərini yoxlamaq”- deyə politoloq qeyd edib.
Hakobyana görə, bu gün Azərbaycan üçün prioritet məsələ yolların blokadadan çıxarılmasıdır, Ermənistan üçün isə əsirlərin qaytarılması olmalıdır.
Rusiya məhbusların geri qaytarılması məsələsində Azərbaycana təsir edə biləcəkmi? Politoloq qeyd edir ki, diplomatik və digər arqumentlərdən istifadə olunacağına dair ilkin şərtlər var, çünki Rusiya da yolların blokadadan çıxarəlması ilə maraqlanır. “Ermənistanın qəti sözü burada çox vacibdir. Əli masaya vurmaq və “bu məsələnin həll olunur, ya da digər məsələləri müzakirə etmirik” söyləmək lazımdır”- deyə politoloq qeyd edib.