ArtsaxBaşlıcaSiyasət

Lavrov Yerevanda Artsaxa dair üçtərəfli razılaşmaların həyata keçirilməsini müzakirə edəcək

Mayın 5-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər edəcək, bir gün sonra Ermənistanın rəhbərliyi ilə görüşəcək. Bunu Rusiya XİN nümayəndəsi Mariya Zaxarova bildirdi. 

“Görüşlər zamanı ikitərəfli və regional əməkdaşlıq məsələləri ilə bağlı geniş spektrinin, habelə beynəlxalq arenada qarşılıqlı əlaqələrin müzakirəsi gözlənilir.

Danışıqlarda əsas diqqət Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsinə yönələcək”,- deyə Zaxarova qeyd etdi

Daha çox göstər
Back to top button