
Ermənistanın Xarici İşlər Nazirliyi hazırda işğal olunmuş Şuşi şəhərindəki Müqəddəs Amenaprkiç kilsəsində azərbaycanlıların törətdiyi mədəni soyqırım ilə bağlı bəyanat yaydı.
Bəyanatda qeyd olunur, Şuşidəki Müqəddəs Amenaprkiç Ghəzançetsots Katedralində Azərbaycanın hərəkətləri qınanmalıdır.
“Artsaxa qarşı təcavüz zamanı Azərbaycan silahlı qüvvələri tərəfindən törədilən çox sayda hərbi cinayət arasında bir gün ərzində Şuşidəki Ghazantçetsots kilsəsinin yüksək dəqiqlikli silahlarla iki dəfə qəsdən atəşə tutulması diqqət çəkir. Atəşkəs olunandan sonra da vandalizm aktları olub.
Azərbaycanın Şuşidəki kilsəsi ilə bağlı fəaliyyətləri Erməni Apostol Kilsəsi ilə məsləhətləşmədən həyata keçirir, bu da erməni dindarların din azadlığı hüququnu açıq pozur. YUNESKO-nun Missiyasının işi başlamazdan əvvəl Azərbaycan tərəfindən bu kilsənin memarlıq görünüşünün dəyişdirilməsi üzrə işləri narahatedicidir”,- deyə bəyanatda qeyd olunur.
XİN bəyanatında onu da qeyd olunur ki, Azərbaycan YUNESCO mütəxəssislərinin təhlükə altında olan erməni mədəni irs sahələrinə girişini maneə törədərək bir tərəfdən müharibə cinayətlərini ört-basdır edir, digər tərəfdən abidənin tarixi və memarlıq bütövlüyünü dəyişdirir.
“Ğazançetsots Katedrali, Azərbaycan tərəfindən işğal edilmiş Artsax ərazilərindəki çoxsaylı erməni tarixi və mədəni abidələri və ibadətgahları ilə bağlı hər hansı bir hərəkət beynəlxalq, ilk növbədə, YUNESCO mütəxəssislərinin fəal iştirakı olmadan həyata keçirilə bilməz.
Şuşidəki Ğazançetsots kilsəsi Artsaxda Erməni Apostol Kilsəsinin vacib mərkəzlərindən biridir və insanlar üçün müqəddəs yer kimi xidmət etməlidir”,- deyə bildirib.