
ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (RF), Stefan Viskonti (Fransa), Endryu Çofer (ABŞ) yenə bütün saxlanılan şəxsləri geri qaytarmağa və cəsədlərin mübadiləsi prosesini operativ şəkildə həyata keçirməyə çağırıblar. “Armenpres”ə əsasən, bu barədə həmsədrlrərin yaydığı bəyanatda deyilir.
“Həmsədrlər Azərbaycan tərəfindən saxlanılmış Robert Vardanyanın, Samvel Şuxyanın və Seyran Tamrazyanın sərbəst buraxılmasını alqışlayırlar və tərəfləri bütün saxlanılanları sərbəst buraxma və cəsədləri mübadilə etmə prosesini tam və operativ şəkildə yerinə yetirməyə, həmçinin saxlanılanlara qarşı humanist davranış göstərməklə bağlı öhdəlikləri yerinə yetirməyə çağırırlar” – deyə bəyanatda qeyd edilib.
Həmsədrlər, 13 aprel bəyanatına toxunaraq tərəfləri münaqişə zonasında minaların təmizlənməsi və Dağlıq Qarabağa beynəlxalq humanitar təşkilatlar nümayəndəslərinin də girişinə məhdudiyyətlərin aradan qaldırılması üçün lazım olan bütün məlumatları paylaşmağa çağırıb.
Həmsədrlər, tərəfləri 13 aprel həmsədrlərin bəyanatında problemli qalan məsələləri həll etməklə davamlı sülhün bərqərar olması üçün qarşılıqlı etimad mühiti yaratmaq üçün konkret addımlar atmağa çağırırlar.
“İlk fürsətdə həmsədrlərin himayyəsi altında yüksək səviyyəli siyasi dialoqun bərpası da buna daxildir”,-ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatın sonunda qeyd olunub.