BaşlıcaSiyasət

Bölgədəki komunikasiya xətlərinin blokdan çıxarılmasına dair qərarlar “yalnız könüllü” ola bilər: Sergey Lavrov

Komunikasiya xətlərinin blokdan çıxarılmasına dair qərarlar “yalnız könüllü” ola bilər. Bu barədə Rusiya Xİ naziri Sergey Lavrov bəyan edib.

Lavrov bildirib ki, Baş nazir müavinləri səviyyəsində üçtərəfli əməkdaşlıq mexanizmi Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin 11 yanvarda Moskvadakı görüş nəticəsində verdikləri qərarla yaradılıb.

“Ermənistan, Azərbaycan və Rusiya liderlərinin əldə etdikləri razılaşmaların icrası diplomatik razılaşmaya əsasən yalnız könüllü ola bilər. Buna zidd olan hər hansı bir bəyanat razılaşmaya alternativ olaraq qəbul edilə bilməz”.

Xatırladaq ki, Azərbaycan prezidenti aprelin 20-də komunikasiya xətlərinin blokdan çıxarılmasına dair etdiyi bəyanatda Zangezur dəhlizindən bəhs edərək qeyd etmişdir ki, Ermənistan razılaşmasa, məcbur edəcəklər.

Daha çox göstər
Back to top button