Erməni əsirləri geri qaytarmaq üçün Azərbaycana beynəlxalq təzyiq gündən-günə artır. Bu barədə ER Xİ nazirinin vəzifəsini icra edən Ara Ayvazyan deputatların suallarına cavab verərək qeyd edib.
Onun sözlərinə görə, əsirlərin məsələsi Ermənistan rəhbərliyinin diqqət mərkəzindədir.
Ayvazyan məmnuniyyətlə qeyd edib ki, 73 hərbi əsir və mülki şəxs Rusiya tərəfinin vasitəçiliyi ilə evə qayıdıb.
“Bu məsələ beynəlxalq ictimaiyyətin diqqət mərkəzində və ATƏT-in Minsk Qrupu həmsədrlərinin gündəmindədir” – ER Xİ nazirinin vəzifəsini icra edən Ara Ayvazyan qeyd edib.