Politoloq Stepan Danielyan, RF Xarici işlər naziri Sergey Lavrovun Yerevan səfəri və onun çərçivəsində müzakirə olunan vacib məsələlərə toxunub.
Stepan Danielyanın nəzərincə, danışıqlar əsnasında ən vacib məsələ təbii olaraq hərbi əsirlərlə bağlı olub.
Geosiyasi baxımla isə, komunikasiyaların blokdan çıxarılması məsələsi həddindən artıq vacib sayılır ki, o da politoloqun qənaətincə özündə qlobal dəyişiklikləri əks edir,hansılar ki, yeni imkanlarla yanaşı həm də yeni təhlükələr gətirəcək.
“Lavrov tərəfindən Zəngəzur dəhlizinə toxunmaq göründüyü kimi mesicdir nəinki yalnız Azərbaycana, eləcə də Türkiyəyə xitabdır.
Çünki RF Xarici İşlər naziri qeyd edib ki,kommunikasiyaların blokdan çıxarılması heç bir məcburiyyət olmadan könüllü şəkildə edilməlidir.
Elə təəssürat yaranır ki,nəsə problemlər var və orada nəinki yalnız erməni tərəfi həm də Rusiya tərəfi üçün də qane edici deyil ki, necə işlər aparılr.
Fərz etmək olar ki, önəmli müzakirə yollara nəzarət məsələsidir,kimlər nəzarət etməlidir hansı statusa malik olacaq, hansı yollar açılacaq”-deyərək politoloq qeyd edib.
Danielyanın qənaətincə, əsirlər məsələsi artıq siyasi xarakter daşıyır.O Azərbaycan tərəfindən Ermənistana və erməni xalqına psixoloji təzyiq göstərmək üçün siyasi niyyətlərlə istifadə olunur.
Onun sözlərinə görə, bu məsələ daxili siyasi inkişafımıza, seçki prosesimizə və gələcək hökumətin qurulmasına təsir edəcəkdir. Politoloqun fikrincə, əsirlərin qaytarılmasında Rusiyanın rolu böyükdür və vacibdir, çünki bu ölkə birbaşa vasitəçidir.
Sergey Lavrovun Dağlıq Qarabağ probleminin həlli prosesini siyasiləşdirməmək çağırışına toxunan Danielyan, Artsax probleminin geosiyasi kontekstə malik olduğunu və hər zaman diqqət mərkəzində olduğunu vurğuladı.
Rusiya, Qərb və digər maraqlı tərəflər hər hansı bir şəkildə müəyyən dərəcədə təsiri olmaqla həll prosesinə cəlb olunmağa cəhd edir.
Onun fikrincə,Lavrovun istədiyi ehtimal ki, atmosferin qızışmamasıdır, problemin həlli sakit və aydın şəkildə davam etməsidir, hansı ki,şübhəsiz bu da Dağlıq Qarabağın statusuna təsir etməlidir. .