Ermənistanda yaxın gələcəkdə Rusiyanın yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı “Sputnik V” peyvəndi istehsal ediləcək.
“Biz bu gün Ermənistan və Rusiyanın koronavirusla mübarizədə birgə səylərini müzakirə etdik. Yaxın gələcəkdə Ermənistana 1 milyon doza “Sputnik-V” peyvəndi idxal ediləcək. İndi isə Ermənistanda “Sputnik-V” peyvəndinin istehsalı müzakirə olunur”,- deyə Lavrov bildirdi.