
Qarabağdakı son müharibədən sonra Azərbaycan tərəfinin hərbi əsirlərə verdiyi işgəncə və pis rəftar təkcə ayrı-ayrı şəxslərin cinayətləri deyil, eyni zamanda Azərbaycanın vahid dövlət siyasətinin bir hissəsidir.
Bunu ER Ombudsmanının ofisi tərəfindən 2020-ci ildə görülən işlər barədə illik hesabatın müzakirəsi zamanı Arman Tatoyan bildirdi.
Onun sözlərinə görə, müharibə zamanı qadağan edilmiş silah və döyüş sursatlarının istifadəsi, muzdluların iştirakı, işgəncə və digər zorakılıq halları ilə yanaşı, daha bir ciddi problem kəskinləşdi – o, Azərbaycanda bu gün yalnız faşizmlə müqayisə olunan nifrət və düşmənliyin təbliğidir.