Başlıcaİctimaiyyət

Rusiya Azərbaycandan 52 tondan çox pomidorun idxalına icazə verməyib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Qafqaz üzrə Regionlararası İdarəsi Azərbaycandan 52 tondan çox təzə pomidorun Rusiya ərazisinə keçirilməsinə icazə verməyib. Məlumatı Rosselxoznadzorun Qafqaz üzrə Regionlararası İdarəsinin mətbuat xidməti yayıb.

Qeyd olunub ki,  idarə tərəfindən Azərbayacn və İrandan dövlət sərhədinin Dağıstan hissəsinə idxal olunan 39,656 min ton təzə meyvə-tərəvəz nəzarətdən keçirilib.

Karantin fitosanitar nəzarət zamanı Azərbaycandan 3 partiya (52,2 ton) təzə pomidorun RF ərazisinə idxalına icazə verilməyib.

Laboratoriyada təqdim olunan məhsullarda karantin obyekti olan pomidor güvəsi (Tuta absoluta Povolny) aşkar edilib.

Karantin qanunvericiliyinin tələblərinə uyğun olaraq bu məhsulun RF ərazisinə idxalı qadağan edilib. Yük ixracatçı ölkəyə geri qaytarılıb, məsul şəxslər inzibati məsuliyyətə cəlb olunublar.

Daha çox göstər
Back to top button