ArtsaxBaşlıcaBeynəlxalq

ABŞ Konqresmeni Artsaxa 50 milyon dollarlıq yardım göstərməyə çağırdı

ABŞ Konqresmeni, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Kris Smit, Artsaxın təhlükəsizliyi, mənzil, tibbi yardım, infrastruktur və digər ehtiyacları üçün 50 milyon dollarlıq yardım göstərməyə çağırıb. Bu barədə ABŞ-dakı Erməni Milli Komitəsi məlumat yayıb.

Kris Smit qeyd edib ki, bu yardım Azərbaycan və Türkiyə tərəfindən 2020-ci il sentyabrında başladılan müharibənin nəticələrinin aradan qaldırılması baxımından çox vacibdir.

Konqresmen Artsax müharibəsində Türkiyə tərəfindən suriyalı muzdluların maliyyələşdirilməsini pisləyib. O bildirdi ki, bu muzdlular müharibədə Artsaxa qarşı döyüşüblər və Dövlət Departamenti Türkiyənin Artsaxa qarşı hərəkətlərinə müvafiq qiymət verməlidir. Qeyd olunub ki, müharibə nəticəsində minlərlə insan öldü, minlərlə insan yaralandı, minlərlə insan evsiz qaldı və həyati infrastruktur məhv edildi.

Konqresmen Azərbaycana hər hansı hərbi yardım göstərməyi dayandırmağa çağırdı, çünki Azərbaycan Ermənistana və Artsaxa qarşı mühasirədən və güc tətbiq etmə təhdidindən əl çəkmədi.

“Azərbaycan və Türkiyə Artsaxda sülhun prespektivlərini pozmağa davam edir və 200 erməni əsirini vətənə qaytarmaqdan imtina edirlər”,- deyə Kris Smit bildirdi.

Daha çox göstər
Back to top button